“Sağlam Həyatın Təbliği” İctimai Birliyinin müraciəti əsasında Zəfər Muzeyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün ekskursiya təşkil olunub.
Ziyarət çərçivəsində iştirakçılar muzey ekspozisiyası ilə tanış olub, bələdçinin müşayiəti ilə ekskursiyada iştirak edib və film nümayişini izləyiblər. Proqramın davamında uşaqlar və onların valideynləri üçün çay süfrəsi də təşkil olunub.
Zəfər Muzeyi tərəfindən ödənişsiz əsaslarla təşkil edilən tədbir uğurla həyata keçirilib. İştirakçıların rahatlığının təmin edilməsi üçün zəruri şərait yaradılıb.