Əsas məzmuna keç

Auditorium zalı

Zəfər Muzeyinin Auditorium zalı müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş müasir və çoxfunksiyalı məkandır. Burada konfranslar, seminarlar, təqdimatlar, panel müzakirələri, kitab təqdimatları, film nümayişləri, görüşlər və digər ictimai tədbirlər təşkil olunur. Zal müasir audio-vizual avadanlıqlar, yüksəkkeyfiyyətli səs sistemi və təqdimat texnologiyaları ilə təchiz edilmişdir. Bu imkanlar tədbirlərin yüksək səviyyədə təşkilinə və iştirakçılar üçün rahat mühitin yaradılmasına şərait yaradır.

Auditorium zalı tariximizin, milli-mədəni irsimizin və Vətən müharibəsi ilə bağlı mövzuların daha geniş auditoriyaya çatdırılması, maarifləndirici layihələrin həyata keçirilməsi və ictimai dialoqun inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayır.