Mayın 8-də Zəfər Muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “İz” sənədli filminin Heydər Əliyev adına Ali Hərbi İnstitutun kursantları üçün nümayişi keçirilib.
Nümayiş zamanı kursantlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycanın inkişafında və dövlətçilik tarixində mühüm rolunu əks etdirən sənədli film təqdim olunub.
Filmin nümayişindən sonra kursantlar Zəfər Muzeyinin ekspozisiyası ilə tanış olublar. Onlara Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, müharibənin gedişi, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq və dövlət suverenliyinin bərpası ilə bağlı ətraflı məlumat verilib.
Kursantlar muzeyin ekspozisiya zallarında təqdim olunan eksponat, foto və video materiallarla tanış olub, Azərbaycanın şanlı Zəfər tarixini əks etdirən nümayişləri izləyiblər.