9 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar tərəfindən dövlət başçısına hədiyyə olunan “AKINCI” pilotsuz uçuş aparatının maketi hazırda Zəfər Muzeyinin daimi ekspozisiyasında nümayiş olunur.
Müasir aviasiya və müdafiə texnologiyalarının qabaqcıl nümunələrindən olan “AKINCI” maketi Azərbaycan–Türkiyə qardaşlığını, strateji tərəfdaşlığını və müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlığını əks etdirən dəyərli eksponatlardan biridir.
Zəfər tariximizin mühüm izlərini özündə yaşadan bu unikal eksponatı yaxından görmək üçün Zəfər Muzeyini ziyarət edin!